Bu valyutalar dünyada ən populyardır – REYTİNQbackend

Bu valyutalar dünyada ən populyardır - REYTİNQ

SWIFT banklararası köçürmə sisteminə əsasən, iyul ayında dünyanın ən populyar valyutaları müəyyənləşib.

KONKRET.az-ın SWIFT-in materiallarına istinadən verdiyi məlumata görə, iyul ayında reytinqin liderləri dəyişməyib. Belə ki, birinci yeri ABŞ dolları tutub (39,38% pay ilə), bu valyutanın payı həm illik, həm də aylıq nisbətdə bir qədər azalıb. İkinci yerdə avro (38,43%) qərarlaşıb. Avropa valyutasının payı illik ifadədə 5 faiz bəndinə yaxın artıb, lakin aylıq ifadədə bir qədər azalıb. Siyahının üçüncü yerində də ənənəvi olaraq Britaniya funt sterlinqi (5,99%) qərarlaşıb. İlk beşliyə Yaponiya yeni (2,74%) və Çin yuanı (2,19%) da daxil olub.

Siyahıda ümumilikdə 20 ölkənin valyutası yer alıb. apa

Dünyanın ən populyar valyutaları:

# Valyuta Payı, %
1 ABŞ dolları 39,38
2 Avro 38,43
3 Britaniya funt 5,99
4 Yaponiya yeni 2,74
5 Çin yuanı 2,19
6 Kanada dolları 1,65
7 Avstraliya dolları 1,33
8 Honkonq dolları 1,25
9 Sinqapur dolları 0,95
10 Tailand batı 0,75
11 İsveç kronu 0,66
12 İsveçrə frankı 0,63
13 Norveç kronu 0,63
14 Polşa zlotısı 0,52
15 Malayziya rinqqiti 0,33
16 Danimarka kronu 0,33
17 Cənubi Afrika randı 0,29
18 Yeni Zelandiya dolları 0,27
19 Meksika pesosu 0,22
20 Rusiya rublu 0,18

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*