Toy mövsümü bu tarixdən başlayırbackend

Toy mövsümü bu tarixdən başlayır

Hicri-qəməri təqviminə əsasən, Məhərrəm və Səfər ayları ardıcıl gəldiyi üçün ümumilikdə təxminən 60 günlük dövrü əhatə edir.

KONKRET.az musavat-a istinadən xəbər verir ki, Məhərrəm ayı artıq başa çatıb. Hazırda isə Səfər ayı davam edir və avqustun 13-14-də yekunlaşacaq.

Beləliklə, hər iki ayın başa çatmasından sonra ənənəvi olaraq toy və digər şənliklərin keçirilməsi üçün münasib hesab olunan dövr başlayacaq. Bu isə təxminən avqustun 14-15-dən sonrakı günlərə təsadüf edir.

Yada salaq ki, Azərbaycanda Məhərrəm ayı iyunun 16-sı başlamışdı. Aşura günü isə 25 iyun 2026-cı il tarixinə təsadüf edib. (Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*