Bu xəbər rəsmi Kiyevi şoka saldıbackend

Bu xəbər rəsmi Kiyevi şoka saldı

Almaniya, Belçika, Hollandiya və ABŞ-dan olan ictimai fəallardan ibarət nümayəndə heyəti sentyabrın sonlarında Krıma səfər edəcək. Konkret.az-ın Rusiya bürosu xəbər verir ki, sosial fəallardan ibarət böyük bir heyət sentyabrın 29-da yeddi günlük tanışlıq səfəri ilə Krıma gələcək. Heyətdə 22 nəfər olacaq. Səfər proqramına respublikanın deputat korpusunun, ictimai təşkilatların və milli-mədəni muxtariyyətlərin nümayəndələri ilə görüşlər daxildir. Rəsmi Kiyev bu cür ziyarətlərin beynəlxalq sanksiyalar kontekstində edilməsini birmənalı qarşılamır. Baxmayaraq ki, səfərin təşkilatçıları bildiriblər ki, onların səfəri hər şeydən əvvəl özləri üçün çox vacibdir ki, Krımda vəziyyətin sakit və dinc olmasına, respublikanın inkişaf etməsinə əmin olsunlar.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*