Bu yolda hərəkət qismən məhdudlaşdırılırbackend

Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Yanvar ayının 22-dən 23-nə keçən gecədən etibarın Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən KONKRET.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*