“Bunun konkret mexanizmi yoxdur” – Saxta və məqsədli nikahlar necə müəyyən olunacaq?backend

“Bunun konkret mexanizmi yoxdur” – Saxta və məqsədli nikahlar necə müəyyən olunacaq?

Saxta və məqsədli nikahların qarşısının alınması məqəsdilə əlavə tədbirlərin həyata keçirilməsi təklif olunur. Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat Baş İdarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev deyib ki,  şəxs nikaha daxil olduğu halda onun məqsədi və nikahının dəqiqliyini yoxlaya biləcəklər.

Ümumiyyətlə, nikahın məqsədli və saxta olması necə müəyyənləşir? Vətəndaşlar məqsədli nikahlara girməklə nə əldə edə bilər? Saxta nikahların ləğv edilməsi mexanizmi varmıı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, qanunvericiliklə bağlı təklif olunan dəyişikliklərdə qeyd edilir ki, şəxslər Azərbaycanda qanunsuz qalır, məqsədli şəkildə nikah bağlamağa çalışırlarsa, məqsəd evlənmək yox, ölkədə yaşamaq və işləmək hüququ almaqdırsa, həmin nikahlar saxta qəbul olunacaq:

Şamil Paşayev - Founder - Norma Hüquq Mərkəzi | LinkedIn

“Bu kimi hallar təkcə Azərbaycanda yox, dünyanın bir ölkələrində müşahidə olunur. Dövlət qurumları bu kimi formal nikahların qeydə alınmaması üçün çalışır. Ancaq praktikada bunu dəqiqliklə işləmək çox çətindir”.

Hüquqşünasın sözlərinə görə, hansısa şəxsin evliliyinin məqsədli olub-olmadığını müəyyənləşdirmək çətindir.

“Bunun mexanizmi yoxdur. Bu kimi faktların üstünü yalnız məhkəmə yolu ilə açmaq olar. Amma bu da kifayət qədər ağrılı və çətin prosesdir”.

Mədinə Useynova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*