“Burada yeganə günahkar Zaur Mirzəyev adlı şərəfsizdir” – İntim videolarla bağlı SƏRT AÇIQLAMAbackend

“Burada yeganə günahkar Zaur Mirzəyev adlı şərəfsizdir” – İntim videolarla bağlı SƏRT AÇIQLAMA

Artıq bir neçə gündür ki, FHN əməkdaşlarının yayılan intim videoları ölkə gündəmini zəbt edib. İstər ictimai-siyasi şəxslər, istərsə də sadə vətəndaşlar bu məsələ ilə bağlı öz fikirlərini bildirirlər. Ancaq kimin nə deməyindən asılı olmayaraq, ortada nə dövlət qurumuna, nə də Azərbaycan kişisinə və qadınına yaraşmayan bir hərəkət mövcuddur. Elə buna görə də günahkar mütləq cəzasını almalıdır. Amma bəzi şəxslər bu məsələdə Fövqəlnazir Kəmaləddin Heydərovun və hadisənin “qəhrəmanı” Zaur Mirzəyevin rəisi Füzuli Əsədovun da məsuliyyət daşıdığını əsas gətirərək onların da vəzifədən kənarlaşdırılmasını tələb edirlər.  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, bu vəziyyətdə kimisə işdən çıxarmağa heç kimin ixtiyarı yoxdur: “Hətta hadisənin iştirakçısına çevrilən qadınları da işdən çıxarmaq doğru deyil. Burada yeganə günahkar videoları çəkərək sosial şəbəkələrdə yayan Zaur Mirzəyev adlı şərəfsizdir. Bu, kişiyə yaraşmayan hərəkətdir. Əxlaq və namusla bağlı olan bütün məsələlər qapalı qalmalıdır. Bu addım insanlıqdan kənardır. Amma Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsinə əsasən iş yerində belə hərəkətlərə yol verdikdə, Qərb dövlətləri bunu müdafiə edir. Amma müsəlman dövləti kimi, bu, bizə yaraşmayan hadisədir. Əsas narahatedici məqam odur ki,  burada bir neçə qadın şantaj edilir. Şantaja yol verən həmin şəxs şərəfsizdir və ona qarşı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılmalı, Zaur Mirzəyev həbs edilməlidir”.

Dünyada 2 milyard insan qalmalıdır: Korona planı bu tarixdə bitəcək

Cümşüd Nuriyevin sözlərinə görə, bu hadisə bir neçə ailənin dağılmasına gətirib çıxara bilər: “Bu, Azərbaycanda ailə institutlarının dağılmasına yönələn bir addımdır. Ona görə də, sosial şəbəkələrdən bu məsələlərin yığışdırılmasını xahiş edirəm. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu bu yolla işdən çıxmağa məcbur etmək isə doğru deyil. Mən hətta günahkar sayılanların işdən çıxarılmasını düzgün hesab etmirəm. Çünki Azərbaycan qanunvericiliyində belə bir maddə yoxdur. Bundan sonra bəlkə inzibati xətalar məcəlləsinə əlavələr oluna bilər. Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovu da şəxsən tanımıram. Amma müavininin bu cür əxlaqsız işlərlə məşğul olmasına görə, Füzuli Əsədov günahkar deyil. Bu cür ittihamlar artıq məqsədli xarakter daşıyır. Yaxud Kəmaləddin Heydərovu “vurmaq” doğru deyil. Məgər Kəmaləddin Heydərov bu adamları güdməli idi?. Video mərkəzi aparatın özündə yox, Xətai şöbəsində çəkilib. Buna görə naziri, yaxud həmin idarənin rəisini ittiham etmək etik və hüquqi normalara sığmır. Azərbaycan Konstitusiyasının 63-cü maddəsinə görə, oğul öz atasına görə məsuliyyət daşımır. O ki, qaldı müdir öz müavininin əməllərinə cavabdeh olsun”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Ramil
    Avqust 17, 2022 - 16:51

    Tüpürüm sənin kişiliyinə. Necə qadınları işdən çıxarnaq doğru deyil? Qalsınlar pozğunluqlarını davam etdirsinlər? Dövlət orqanı bardı, kazinodu nədi orda əxlaqsızlıq eləsinlər, heç kəs də onlara heç nə deməsin. Hüquqdan başın çıxmır, qanundan danışma. Müəssisədaxili intizam qaydaları, dövlət qulluqçularının etik davranış qaydaları var, onları pozduqda, əmək müqaviləsinə xitam verilir. Əmək münasibətləri İnzibati Xətalar Məcəlləsi ilə deyil, Əmək Məcəlləsi ilə tənzimlənir. Avropada da, heç bir dövlət iş yerindəki əxlaqsızlığı müdafiə etmir, yalan danışma. O qadınlar da o kişi qədər, ondan da artıq pozğundu. Hammısı dövlət orqanından rədd edilməlidi. Dövlət orqanlarının işi dövlətin vəzifələrini həyata keçirmək üçündü, kef eləmək üçün deyil. Günah sənin kimi geydirmə politoloqdan müsahibə götürəndədi.

  • Vefa
    Avqust 18, 2022 - 18:39

    Razıyam sizinlə ƏSİL AZƏRBAYCAN KİŞİSİNİN SÖZLƏRİDİR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*