Burakla görüşə 7500 manat ödənilməsinə federasiyadan REAKSİYAbackend

Burakla görüşə 7500 manat ödənilməsinə federasiyadan REAKSİYA

Türkiyəli məşhur aktyor Burak Özçivitin Sərhədçi İdman Olimpiya Mərkəzində iştirak edəcəyi “QARABAĞ – zəfər gecəsi” adlı kikboksinq turnirinin biletlərinin qiyməti müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi Səbuhi Musayev Teleqraf.com-a açıqlamasında biletin qiymətlətinin təşkilatçıya aid olduğunu deyib.

“Kikboksinq turnirinə təşkilatçılığı federasiya deyil, Türkiyə şirkəti həyata keçirir. Aktyor Burak Özçivitin dəvət edilməsi şirkət tərəfindən həyata keçirilir. Bilet məsələrinin federasiyaya aiddiyatı yoxdur”, – o bildirib.

Qeyd edək ki, tədbirə biletləri qiyməti 20 manatdan 7500 manatadəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*