Konkret.az-ın Qazaxıstan bürosunun verdiyi məlumata görə, bu ölkədə iyulun 14-ə qədər ümumrespublika əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək. “Karu” adlanan bu tədbirlər çərçivəsində bütün şübhəlilər saxlanılmaqla ciddi yoxlamalrdan keçirəcəklər. Məqsəd böyük şəhərlərdə odlu silah və döyüş sursatlarının istifadəsi ilə bağlı əməliyyat vəziyyətinin yaxşılaşdırılması, cinayətlərin qarşısının alınması və aşkar edilməsidır. Qazaxıstan hüquq-mühafizə orqanları hesab edir ki, bu tipli operativ-əməliyyat tədbirləri ölkədə cinayət vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Operativ-profilaktik əməliyyat tədbirlərində patrul, yerli polis müfəttişləri, yol polisi və digər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir. Konkret.az-ın əməkdaşının verdiyi xəbərdə deyilir ki, yol polisi demək olar ki, əksər maşınları saxlayaraq axtarış prosedurunu tətbiq edir. Tədbirlər çərçivəsində odlu silahların saxlandığı binaların təhlükəsizlik sistemi təkmilləşdirilir, Nursultan, Almatı və digər böyük şəhərlərdə mülki silahların fərdi sahiblərinin yoxlanması prosesi davam etdirilir. Nəticədə bu sahədə mövcud tələblərin pozuntuları müəyyən edilib. Silahların qeydiyyatı və saxlanılması, habelə daimi yaşayış yerlərini dəyişdirmiş və yeni yaşayış yeri üçün qeydiyyatdan keçməmiş şəxslər aşkar olunaraq qanunla müəyyən edilmiş məsuliyyətə cəlb edilib.
Konkret.az
