CAR-da yanğın: 56 nəfər öldübackend

CAR-da yanğın: 56 nəfər öldü

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində azı 56 nəfər ölüb, 43 nəfər yaralanıb.

Yanğın baş verən binada 200-ə yaxın insanın yaşadığı bildirilir.

Məlumata görə, ölənlərdən biri uşaqdır.

Hadisənin səbəbi məlum deyil.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*