Çavuşoğlu 15 ildən sonra ilk dəfə İsrailə SƏFƏRƏ GEDİRbackend

Çavuşoğlu 15 ildən sonra ilk dəfə İsrailə SƏFƏRƏ GEDİR

Çavuşoğlu 15 ildən sonra ilk dəfə İsrailə səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı Fələstinə və İsrailə səfər edəcək.

Nazir Türkiyə və Fələstin xarici işlər nazirlərinin birgə komitəsinin iclasında iştirak edəcək.

Çavuşoğlu fələstinli həmkarı Riyad əl-Maliki və ərəb dövlətinin başçısı Mahmud Abbasla da danışıqlar aparacaq.

Bundan başqa həmin gün Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək və xarici işlər naziri Yair Lapid ilə danışıqlar aparacaq.

Danışıqlarda ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır. Yerli media Türkiyə XİN rəhbərinin İsrailə səfərinin son 15 ildə rəsmi səviyyədə ilk səfər olacağına diqqət çəkir.

Çavuşoğlu daha əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, İsrailə səfəri zamanı səfirlərin geri qaytarılması və iki ölkə arasında münasibətlərin tam normallaşması məsələsinin müzakirəsi planlaşdırılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*