Çavuşoğlu Serbiyaya getdibackend

Çavuşoğlu Serbiyaya getdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Balkan ölkələrinə səfəri çərçivəsində Serbiyada bir sıra görüşlər keçirib.

KONKRET.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç ilə Mövlud Çavuşoğlunun görüşündə iki ölkə arasında ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.

Türkiyənin xarici işlər naziri, həmçinin serbiyalı həmkarı Nikola Selakoviç və Serbiyanın Baş naziri Ana Brnabiçlə görüşlər keçirib.

M.Çavuşoğlunun iyunun 19-dək davam edəcək Balkan regionuna səfəri çərçivəsində Xorvatiya, Bosniya və Herseqovina, Kosovoda görüşlər keçirməsi, eləcə də Şimali Makedoniyanın Ohrid şəhərində təşkil ediləcək Prespa Dialoq Forumunda iştirakı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*