Çavuşoğludan Gürcüstanın 3+3 formatına qoşulmaması ilə bağlı AÇIQLAMA: “Müzakirələri davam etdiririk”backend

Çavuşoğludan Gürcüstanın 3+3 formatına qoşulmaması ilə bağlı AÇIQLAMA: “Müzakirələri davam etdiririk”

“Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi aydındır”.

 KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib:

“Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq mexanizmləri vacibdir. Regiondakı mövcud vəziyyəti nəzərə alaraq, Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi bəllidir. Lakin indiki mərhələdə biz regionda gedən proseslərlə bağlı 3+2 formatında müzakirələri davam etdiririk”, – deyə Türkiyənin xarici işlər naziri fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*