“Kuruluş Osman” serialının çəkilişlərində işçiləri söyməkdə ittiham olunan aktyor Burak Özçivitin cəzası bəlli olub.
KONKRET.az xəbər verir ki, bir müddətdir davam edən məhkəmə prosesi yekunlaşıb. Məlum olub ki, aktyor bunun üçün 3 min lirə təzminat ödəməli olacaq.
Şikayətçi tərəfin vəkili Yunus Gümüş qeyd edib ki, baş verən hadisənin 150 nəfərə yaxın şahidi var.
Aktyorun vəkili Serkan Toper isə zərərçəkmişlərin ifadələri ilə şahid ifadələri arasında uyğunsuz olduğunu bildirib. Burak Özçivitin bəraət almasını tələb edən vəkil bildirib ki, 150 nəfərin gözlərinin içinə baxılaraq söyüş söymək fiziki cəhətdən mümkün deyil.
Yekunda məhkəmə Burak Özçivitin “təhqir” cinayətindən 3 min lirə məhkəmə cəriməsi ilə cəzalandırılmasına qərar verib. Eyni zamanda hakim təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmadığını və dosyesində neqativ davranışla bağlı qeydin yoxluğunu nəzərə alınıb.

.jpg)