Cəlilabad rayonunda 3,3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə KONKRET.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Cəlilabad stansiyasından 13 km şimalda, Cəlilabad rayonunda qeydə alınıb
Yerli vaxtla saat 17:07-də baş verən yeraltı təkanın dərinliyi 25 kilometr olub.
Zəlzələ hiss olunmayıb.