Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə Mədətli kəndində qeydə alınıb.
Belə ki, “Niva” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./report
