Ermənistanın Çəmbərək şəhərindən Vaqan kəndinə gedən yolda hərbçilərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 19-u axşam saatlarında qeydə alınıb. Nömrə nişanı olmayan yük maşını hərbçiləri vurub.
Qəza nəticəsində hərbi qulluqçu Suren Vardanyan hadisə yerində ölüb, daha 6 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zamanı xəsarət alan hərbçilərin Çəmbərəkdə yerləşən hərbi hissələrdən birində xidmət etdiyi qeyd olunur.
Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.
