Çempionlar Liqasının ən yaxşı məşqçisi odurbackend

Çempionlar Liqasının ən yaxşı məşqçisi odur

Madridin “Real” futbol klubunun baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının ən yaxşı məşqçisi seçilib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, “Squawka” portalının tərtib etdiyi siyahıya fransalı futbol mütəxəssisi başçılıq edir.

Z.Zidan yeganə məşqçidir ki, Çempionlar Liqasının ardıcıl üç finalında qələbə qazanmağa müvəffəq olub.

Bu uğur 2016, 2017 və 2018-ci illərə təsadüf edib.

İkinci sırada ispaniyalı mütəxəssis Pep Qvardiola qərarlaşıb.

Onun rəhbərliyi altında “Barselona” Çempionlar Liqasını iki dəfə (2009 və 2011-ci illər) Kataloniyaya aparıb.

İlk üçlüyü italiyalı Karlo Ançelotti qapadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*