Cənubi Çin dənizində mühəndis gəmisi QƏZAYA UĞRADI – 27 nəfər İTKİN DÜŞDÜ – VİDEObackend

Cənubi Çin dənizində mühəndis gəmisi QƏZAYA UĞRADI - 27 nəfər İTKİN DÜŞDÜ - VİDEO

Cənubi Çin dənizində 30 ekipaj üzvü olan mühəndis gəmisi qəzaya uğrayıb.

KONKRET.az “South China Morning Post”a istinadən xəbər verir ki, içərisində 30 ekipaj üzvünün olduğu mühəndis gəmisi Cənubi Çin dənizində qəzaya uğrayıb.

“Çaba” qasırğasının mərkəzində olan gəmi yarıya parçalanıb. Hadisə yerində iki xilasedici helikopter və bir təyyarə var. Hazırda 3 nəfər xilas edilib, qalan 27 nəfərin taleyi məlum deyil.

Qəza şəhərdən təxminən 300 km cənub-qərbdə baş verib. İki xilasedici helikopter və bir təyyarə hadisə yerindədir, daha iki helikopter isə tayfunun episentrinə doğru gedir.

Əməliyyata çətin hava şəraiti mane olub.

Bir gün əvvəl Honq-Konq tropik “Çaba” qasırğasının yaxınlaşması fonunda on ballıq miqyasda səkkizinci səviyyəli tufan xəbərdarlığını elan edib.

Bundan əvvəl Aralıq dənizi sularında qayığın qəzaya uğraması nəticəsində 90-dan çox miqrantın öldüyü bildirilirdi.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*