Cənubi Koreya lideri “Yaponiya dənizi” toponimindən istifadə edən üç agentliyə töhmət verdibackend

Cənubi Koreya lideri "Yaponiya dənizi" toponimindən istifadə edən üç agentliyə töhmət verdi

Koreya Respublikasının Prezidenti Mun Çje İn rəsmi sənədlərdə “Şərq dənizi” əvəzinə “Yaponiya dənizi” toponimindən istifadə etdiyinə görə, üç hökumət təşkilatına intizam tənbehi tətbiq edib. Konkret.az xəbər verir ki, bu barədə Seulda keçirilmiş brifinqdə Prezident Administrasiyasının nümayəndəsi Ko Min Çjun məlumat verib.

Söhbət Cənubi Koreyanın Kənd Təsərrüfatı Nazirliyinə hesabat verən üç təşkilatdan gedir.

Qeyd edək ki, Cənubi Koreya və KXDR XX əsrin 90-cı illərinin əvvəllərindən etibarən Yaponiya dənizinin adının Şərq dənizi adı ilə dəyişdirilməsini tələb edib. Beynəlxalq Hidroqrafiya Təşkilatı rəsmi Tokionu bu son dərəcə ağrılı məsələdə Seul və Pxenyanla uzlaşma tapmağa çağırır.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*