Cənubi Koreya müxalifəti ölkə Prezidentinə onun hərəkətlərinin qanunsuzluğu barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə müxalif “Koreyanı bərpa et” partiyasının rəhbəri Ço Quk deyib.
O bildirib ki, Yun Sok Yol ölkədə hərbi vəziyyətin ləğvi ilə bağlı parlamentin qətnaməsini yerinə yetirməyə borcludur.
Əks halda onun hərəkətləri qanunsuz hesab ediləcək və bu da cinayət məsuliyyəti deməkdir.
O, hərbi vəziyyətin tətbiqi prosedurunun qanunauyğun olmadığını vurğulayıb. Onun sözlərinə görə, hərəkətləri ölkə liderinin vəzifədən uzaqlaşdırılmasına səbəb ola bilər.
Qeyd edək ki, əvvəlcə Cənubi Koreya Prezidenti ölkədə hərbi vəziyyət elan edib. O, müxalifəti dövlət çevrilişi etmək və hökuməti KXDR-in xeyrinə devirmək niyyətində olması ilə günahlandırıb.
Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib.
Lakin yerli parlament 190 nəfərlik tam səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə çıxarıb.//Qafqazinfo