Avropa əlini Kanadaya uzatdı – Vaşinqton qıcıqlandıbackend

Avropa əlini Kanadaya uzatdı - Vaşinqton qıcıqlandı

Avropa İttifaqı ölkələri ilə Kanada arasında genişləndirilmiş tərəfdaşlıq texnologiyaları, müdafiə sənayesini, energetikanı, strateji əhəmiyyətli faydalı qazıntıları, süni intellekt və kibertəhlükəsizliyi əhatə edəcək.

KONKRET.az xəbər verir ki, bunu Strasburqda Avropa Parlamentinə ünvanladığı illik müraciətində, 27 AB ölkəsinin növbəti il üçün prioritetlərini şərh edərkən Ursula fon der Layen bəyan edib.

“Kanada ilə münasibətləri mümkün olan ən yüksək səviyyəyə çıxarmaq istəyirik. Sizinlə birlikdə Kanadanın Avropa İttifaqının ilk assosiasiya üzvü statusuna yol açmaq üçün işləmək istərdim”, — deyə Komissiya sədri bildirib.

“Assosiasiya üzvlüyü” ideyasını dilə gətirdikdən sonra fon der Layen zalda iştirak edən Kanada baş naziri Mark Karniyə yaxınlaşaraq onunla qucaqlaşıb. Avropa Parlamenti deputatları bu jesti alqışlarla qarşılayıblar. Reuters agentliyinin məlumatına görə, Kanada, Avropa İttifaqı kimi, Prezident Donald Tramp dövründə ABŞ-ın qeyri-sabit ticarət və xarici siyasəti ilə üzləşir. Son vaxtlar Ağ Evin başçısı Kanada ilə ticarət münaqişəsini gücləndirərək yeni tariflər və idxal məhdudiyyətləri tətbiq edib. İki ölkə arasında iqtisadi cəhətdən sıx bağlı olan tərəflərin danışıqları əvvəllər nəticəsiz başa çatmışdı.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*