Siyasi məhbuslar azad olunur – Artıq Sərəncam imzalanacaq – Belarusdabackend

Siyasi məhbuslar azad olunur - Artıq Sərəncam imzalanacaq - Belarusda

Belarusda siyasi məhbuslar azad edilməyə başlanıb, azadlığa 25 nəfər çıxmalıdır.

KONKRET.az xəbər verir ki, “Vyasna” hüquq müdafiə mərkəzinin məlumatına görə, 15 sentyabr axşamı bəzi məhbusların qohumları öyrəniblər ki, yaxınlarını bu gün səhər islah koloniyalarından götürə biləcəklər.

Dünən, 15 sentyabr tarixində Minskdə ABŞ prezidentinin xüsusi elçisi Con Kouleyin Aleksandr Lukaşenko ilə görüşü keçirilib. Onun əvvəlki səfərləri də siyasi məhbusların azad edilməsi ilə nəticələnmişdi.

Koule 16 sentyabr tarixində bəyan edib: “Xoş niyyət jesti olaraq, Belarus 25 nəfəri azad edəcək. Birləşmiş Ştatlar isə öz növbəsində iki Belarus şirkətindən — “Lakokraska” və “Belles­bumprom”dan sanksiyaları götürəcək”.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*