Sumqayıtda yumurta qıtlığı: Qiymət bahalaşacaq, yoxsa? – VACİB AÇIQLAMAbackend

Sumqayıtda yumurta qıtlığı: Qiymət bahalaşacaq, yoxsa? - VACİB AÇIQLAMA

Sumqayıtda bəzi marketlərdə yumurta qıtlığı yaranıb.

Satıcıların sözlərinə görə, “Giləzi” quşçuluq tərəfindən mağazalara bir-iki kasetdən artıq yumurta verilmir. Buna səbəb kimi yaxın zamanlarda yumurtanın bahalaşacağı göstərilir. Bəs görəsən, yumurta qıtlığı nə ilə əlaqədardır və bu, bahalaşmaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda yaxın dövrlər üçün yumurtanın bahalaşması gözlənilmir:

Bu hadisə məhsul bazarında qıtlıq yarada bilər | KONKRET

“Yumurta bahalaşmayacaq. Çünki Azərbaycanda quşçuluq təsərrüfatları ilə bağlı statistika qənaətbəxşdir. Həm quş əti, həm də yumurta tədarükü ilə bağlı göstəricilər nikbin olmağa əsas verir. Bu baxımdan hansısa kiçik təsisat zəncirində yaranan fasilə, yaxud yaşayış massivi ilə bağlı pərakəndə satış nöqtələrinə çatdırılma ilə bağlı çətinlik təbii haldır. Yəni bu məsələ texniki xarakter daşıyır və keçicidir. Ona görə də yaxın aylarda yumurtanın bahalaşacağını düşünmürəm.

Üstəlik, infrastrukturla bağlı qiymət dəyişikliyi mövcud deyil. Kommunal xərclərin, yanacağın qiyməti də dəyişməyib. Buna baxmayaraq qış aylarında hansısa çətinliyin yaranacağını proqnoz etmək mümkündür. Amma bu da iqlimlə bağlı olan məsələdir. İqlim dəyişiklikləri yerli əkin sahələrində quşçuluq üzrə yem təminatında müəyyən azalmalara səbəb ola bilər. Nəticədə xarici ölkələrdən quş yeminin idxalı arta və buna görə də qiymətlərdə fərq yarana bilər. Amma yaxın aylar üçün Azərbaycanda quş ətinin və yumurtanın bahalaşacağı gözlənilmir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*