Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab etdibackend

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab etdi

Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında saziş Ermənistan konstitusiyasına uyğun hesab edilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Factor” Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, məhkəmənin sazişlə bağlı araşdırması başa çatıb və TRIPP üzrə öhdəliklərin Ermənistan konstitusiyasına zidd olmadığı qənaətinə gəlinib.

Məhkəmənin tam qərarının üç gün ərzində dərc olunacağı bildirilib.

Qeyd edək ki, TRIPP – “Trump Route for International Peace and Prosperity” layihəsi çərçivəsində Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq haqqında çərçivə sazişi 2026-cı ildə imzalanıb. Ermənistan hökuməti iyul ayında sazişin ratifikasiyası prosesinə başlayıb və sənədi Konstitusiya Məhkəməsinə təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*