Cənubi Koreya Rusiyanı hava sərhədini pozmaqda İTTİHAM ETDİbackend

Cənubi Koreya Rusiyanı hava sərhədini pozmaqda İTTİHAM ETDİ

“Rusiya döyüş təyyarələri əvvəlcədən xəbərdarlıq etmədən Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub”.

KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, insident səbəbindən qırıcılar havaya qaldırılıb.

Agentlik Cənubi Koreyaya məxsus “F-16″ların Yapon dənizi üzərində Rusiyanın “Tu-95MS” strateji bombardmançı təyyarələrini müşahidə etdiyini təsdiqləyib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi bildirib ki, təyyarələrin bütün uçuşları beynəlxalq qaydalara uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, Hava Hücumundan Müdafiə identifikasiyası zonası – hava gəmilərinin identifikasiyasının aparıldığı məkandır. Beynəlxalq müqavilələrdə belə zonalar anlayışı müəyyən edilməyib. ABŞ, Kanada, Yaponiya, Çin və Cənubi Koreyada hava hücumundan müdafiə identifikasiya zonaları var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*