Çernobılda nadir zəhərli ilan göründü – FOTObackend

Çernobılda nadir zəhərli ilan göründü - FOTO

Çernobıl Atom Elektrik Stansiyasının təcrid zonasında nadir zəhərli ilanın fotoşəkli çəkilib. KONKRET.az xəbər verir ki, sürünən zəhimli heyvanın şəkilləri Çernobıl Radiasiya-Ekoloji Biosfer Qoruğunun işçiləri tərəfindən çəkilib. Fotoda ilan birbaşa səki üzərində poza verir. Mütəxəssislərin fikrincə, əvvəllər çöl ilanından zəhər almaq üçün istifadə olunurdu. Amma zəhərli olmasına baxmayaraq, bir ilan insanlar üçün təhlükəli deyil.

Bir çox ölkələrdə, o cümlədən Ukraynada, torpaqların şumlanması səbəbindən ilanlar demək olar ki, yoxa çıxmışdı. Onları yalnız insan ayağı dəyməyən ərazilərdə görmək olar. Bütün Avropa ölkələrində bu növ ilanlar Bern Konvensiyasının qorunması altına alınıb. Çernobıl AES-in təcrid zonası çoxdan təbiət qoruğuna çevrilib. Əhali 30 il əvvəl oradan təxliyə edilib. İnsanlar olmadığına görə vəhşi təbiət orada rahat nəfəs ala bilir. Qeyd edək ki, Çernobıl Radiasiya-Ekoloji Biosfer Qoruğu 2016-cı ildə yaradılıb.

FATİMƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*