Bayramovla Lavrovun telefon danışığının DETALLARI – YENİLƏNİBbackend

Bayramovla Lavrovun telefon danışığının DETALLARI - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədəki cari vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.

20:43

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.

KONKRET.az Rusiya XİN-ə istinadən xəbər verir ki, nazirlər Rusiya və Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin icrası kontekstində ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Həmçinin bir sıra regional və beynəlxalq mövzular, o cümlədən Moskvanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına dair fikir mübadiləsi aparıblar.

“Telefon danışığı zamanı bir sıra regional və beynəlxalq mövzularda, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə “saat yoxlanışı” aparılıb. 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli ən yüksək səviyyədə üçtərəfli sazişlər çərçivəsində Rusiyanın vasitəçilik rolu ilə müvafiq işin vacibliyi vurğulanıb.

Sergey Lavrovun bu il iyunun 23-24-də Bakıya gözlənilən işgüzar səfəri zamanı bu məsələlərin əsaslı müzakirəsinin davam etdirilməsi razılaşdırılıb”, – deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*