Ceyhun Bayramov özbək həmkarı ilə Qaraqalpaqdakı vəziyyəti MÜZAKİRƏ ETDİbackend

Ceyhun Bayramov özbək həmkarı ilə Qaraqalpaqdakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun özbəkistanlı həmkarı v.i.e. Vladimir Norov ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən KONKRET.az-a verilən xəbərə görə, nazirlər, cari ilin 22 iyun tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin yüksək səviyyədə təşkilini və səfərin nəticələrini, o cümlədən iki dövlət arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldən sənədlərin imzalanmasını xüsusilə vurğulayıblar.

Tərəflər, səfər zamanı əldə edilən razılaşmaların icrası vəziyyətini, habelə bu istiqamətdə atılacaq növbəti addımları müzakirə ediblər.

Eyni zamanda, bir neçə gün öncə Özbəkistanın Qaraqalpaq Respublikası ərazisində iğtişaşlar törədərək ölkədə qeyri-sabitlik yaratmaq cəhdlərinə qarşı dövlət tərəfindən qanuni addımların atıldığı vurğulanıb və bu xüsusda Azərbaycanın qardaş Özbəkistan dövlətinə və xalqına dəstəyi ifadə edilib.

Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn hər hansı halların qəbuledilməz olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*