Ceyranbatan su anbarına yaxın otluq sahədə yanğın söndürüldü – YENİLƏNİBbackend

Ceyranbatan su anbarına yaxın otluq sahədə yanğın söndürüldü - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə KONKRET.aza FHN Mətbuat xidmətindən xəbər verilib.

***

17:33

Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahəsində yanğın başlayıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) KONKRET.az-a məlumat verilib.

Bildirilib ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.

Qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğın yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*