Çimərliklərdə yaranan sıxlıq yoluxma sayını artıra bilər – VİDEObackend

Çimərliklərdə yaranan sıxlıq yoluxma sayını artıra bilər - VİDEO

Artıq bir neçə gündür ki, çimərliklərdə müşahidə edilən ciddi sıxlıq insanların koronavirusa yoluxma təhlükəsini artırır. Çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul etsə də, ciddi problemlərin əsası qoyulur.

KONKRET.az xəbər verir ki, bu sıxlığı yaradan əsas səbəb isə əvvəlcədən xəbər verildiyi kimi, vətəndaşların “cimerlik.az” portalı vasitəsilə tövsiyə olunan yerlərə getməməsi ilə bağlıdır. Yəni bir çox insanlar özləri müəyyənləşdirdiyi çimərliklərə üz tuturlar.

Nəticədə çimərliklərdə sıxlıq yaranır və bu da koronavirus infeksiyasına yoluxma riskini artırır. Bu riski minimuma endirmək üçünsə çimərliklərə getməzdən əvvəl “cimerlik.az” saytına daxil olaraq daha az insanın olduğu əraziyə üz tutmaq, çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət edilən girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək, istifadəsi zəruri sayılan əşyaları çimərliyə özünüzlə gətirmək, çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək zəruridir.

Bununla yanaşı, ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək, sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istifadə etmək, çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq vacibdir. Qadağan olunmuş ərazilərdən istifadə etməmək, sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə dərhal nəzarətçiyə məlumat vermək, çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək zəruridir. Unutmaq lazım deyil ki, qaydalara riayət etməklə biz özümüzün və ətrafımızın təhlükəsizliyini təmin etmiş oluruq.

Fəqan Muxtar,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*