Çin rəsmisi: “Pekin soyuq müharibəyə girmək niyyətində deyil”backend

Çin rəsmisi: “Pekin soyuq müharibəyə girmək niyyətində deyil”

“Pekin soyuq müharibəyə girmək niyyətində deyil”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının (MHK) sədr müavini Çjan Yuxia bildirib.

“Çin xalqı sülh tərəfdarıdır və heç bir ölkə ilə soyuq müharibə aparmaq niyyətində deyil. Lakin ölkəmizin ərazi suverenliyinin pozulmasına və əsas maraqlarına heç vaxt güzəştə getməyəcəyik”, – deyə bildirib.

Çin rəsmisi dünya dövlətləri arasında qarşıdurmanın hələ də mövcud olduğunu etiraf edib və böyük ölkələri Soyuq Müharibə düşüncəsinə son qoymağa çağırıb. Çin Xalq Respublikası Mərkəzi Hərbi Komissiyasının sədr müavini güc siyasətinin qeyri-populyar olduğunu vurğulayıb.

Xatırladaq ki, Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Jing Quan ABŞ və Çin arasında yeni soyuq müharibə ideyasını rədd etməyə çağırıb.

O qeyd edib ki, Çində 1,4 milyarda yaxın insan var, yəni dünya əhalisinin təxminən beşdə biri, ABŞ-da isə 340 milyona yaxın vətəndaş var. Ümumilikdə, iki ölkənin əhalisi bütün planet əhalisinin demək olar ki, dörddə birini təşkil edir. Ona görə də qarşıdurma zamanı çoxlu sayda insan ölə bilər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*