“Çin Rusiyaya təzyiq göstərməlidir” – Fransanın xarici işlər naziribackend

“Çin Rusiyaya təzyiq göstərməlidir” – Fransanın xarici işlər naziri

Fransanın xarici işlər naziri Stefan Sejurn Pekində diqqətçəkən açıqlama verib.

KONKRET.az xəbər verir ki, o açıqlamasında Çini Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyaya təsirini artırmağa çağırıb.

Qeyd edək ki, Paris 2022-ci ilin fevralından, Rusiyanın Ukraynaya hücumundan sonra Moskva ilə münasibətlərinə görə Pekinə təzyiq göstərir.

Fransanın xarici işlər naziri Stefan Sejurne deyib: “Biz Rusiya qoşunlarının geri çəkilməsini təmin etməliyik. Buna görə də Rusiyaya aydın siqnallar bundan sonra da davam edəcək. Biz Çin kimi böyük bir ölkənin Rusiya Federasiyasına təsir imkanlarından istifadə etməsini gözləyirik”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*