Çin xarici vətəndaşlara bütün növ vizaların verilməsini BƏRPA EDİRbackend

Çin xarici vətəndaşlara bütün növ vizaların verilməsini BƏRPA EDİR

Çin martın 15-dən etibarən xarici vətəndaşların ölkəyə daxil olması üçün bütün kateqoriyalı vizaların verilməsini bərpa etmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi Konsulluq İşləri Departamentinin bəyanatında deyilir.

Məlumatda qeyd olunub ki, vətəndaşların sərhəddən keçməsini daha da yaxşılaşdırmaq məqsədilə martın 15-i Pekin vaxtı ilə saat 00:00-dan vizaların verilməsi siyasətində düzəlişlərin edilməsi qərara alınıb.

“Xaricdə viza verən orqanlar Çinə səfər edən əcnəbi vətəndaşlara bütün kateqoriyalı vizaların verilməsini bərpa edəcək”, – deyə sənəddə bildirilib.

Həmçinin qeyd olunub ki, 2020-ci il martın 28-dək verilmiş və müddəti bitməmiş vizaların funksiyası bərpa olunacaq.

Bundan əlavə, sərhəd məntəqələri tərəfindən vizaların verilməsi müvafiq şərtlər yerinə yetirildikdən sonra bərpa olunacaq.

Açıqlamada həmçinin bildirilib ki, Çinin bir neçə əyalətinə, o cümlədən Haynan adasına və Şanxayda dayanan kruiz gəmisi sərnişinləri üçün vizasız girişin bərpası planlaşdırılır.

Xatırladaq ki, pandemiya fonunda Çin hökuməti 28 mart 2020-ci il tarixindən etibarlı viza və yaşayış icazəsi olan xarici vətəndaşların ölkəyə girişini müvəqqəti olaraq qadağan edib. Eyni zamanda, Çin Şanxay, Quanqdonq, Haynan əyalətləri və ölkənin cənubunda yerləşən Quanqsi-Çjuanq Muxtar Bölgəsi də daxil olmaqla bir sıra regionlarda vizasız tranzit proqramlarını dayandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*