Çində informasiya silahlı qüvvələri yaradıldıbackend

Çində informasiya silahlı qüvvələri yaradıldı

Çində məlumat silahlı qüvvələri yaradıldı.

KONKRET.az xəbər verir ki, Si Cinpin Çin silahlı qüvvələrinin strukturunu dəyişib. Orduda yeni birlik – informasiya təminatı qüvvələri yaradılacaq.

Məlumatda deyilir ki, informasiya dəstəyi qüvvəsi kiberinformasiya sisteminin yaradılması və istifadəsinin əlaqələndirilməsində əsas rol oynayacaq. Mərkəzi Hərbi Şura qərara alıb ki, formalaşan informasiya təminatı qüvvələri birbaşa mərkəzi hərbi şuranın tabeliyində olsun.

Çin Xalq Azadlıq Ordusu silahlı qüvvələrin növlərindən və ayrı-ayrı qollarından ibarətdir: quru və raket qoşunları, dəniz və hava qüvvələri, strateji və maddi-texniki təminat qüvvələri, həmçinin yeni informasiya təminatı qüvvələri.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*