Çindən ABŞ-a silahlı münaqişə xəbərdarlığı: “Odla oynamağı dayandırın”backend

Çindən ABŞ-a silahlı münaqişə xəbərdarlığı: “Odla oynamağı dayandırın”

Çinin Vaşinqtondakı səfiri Tayvan üzərində ABŞ-la silahlı münaqişə barədə xəbərdarlıq edib.

KONKRET.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Çinin ABŞ-dakı səfiri Qin Qanq bildirib ki, Vaşinqtonun müstəqillik axtarışında olan Tayvan administrasiyasına dəstəyi ABŞ və Çin arasında silahlı münaqişəyə gətirib çıxara bilər: “Birləşmiş Ştatların təşviq etdiyi Tayvan hakimiyyəti müstəqillik yolunda davam edərsə, bu, Çin və ABŞ-ı silahlı münaqişəyə cəlb edəcək” – deyə səfir vurğulayıb.

Bundan əvvəl Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə idarəsinin sözçüsü Çju Fenqlian Tayvan Baş Qərargah rəisinin müavini Uilyam Lainin (Lai Qinqde) ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşünü şərh edib. O, ABŞ-ı Tayvan məsələsində odla oynamağı dayandırmağa çağırıb.

Qeyd edək ki, ÇXR mərkəzi hökuməti ilə onun ada əyaləti arasında rəsmi əlaqələr 1949-cu ildə, Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində məğlub olan Çan Kay-şekin başçılıq etdiyi qüvvələr Tayvana köçdükdən sonra kəsilib. Ada ilə Çin arasında işgüzar və qeyri-rəsmi əlaqələr 1980-ci illərin sonlarında bərpa olunub. 1990-cı illərin əvvəllərindən etibarən tərəflər qeyri-hökumət təşkilatları – Tayvan Boğazı boyunca Əlaqələrin İnkişafı üzrə Pekin Assosiasiyası və Boğazlararası Mübadilələr üzrə Taypey Fondu vasitəsilə əlaqə saxlamağa başlayıblar.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*