Türkiyədə turistlərin ən çox axın etdiyi bölgələrdən olan Muğla və Antalya vilayətlərində baş verən meşə yanğınları ilə mübarizə davam edir.
KONKRET.az xəbər verir ki, Muğlanın Seydikemer rayonunda yerləşən əkin sahəsində başlayan yanğın bölgədə əsən güclü küləyin təsiri ilə meşəlik əraziyə yayılıb.
Bölgədə hökm sürən güclü külək səbəbindən alov qısa müddətdə genişlənib. Yanğınla mübarizəyə 5 təyyarə, 11 helikopter, 40 yanğınsöndürən avtomobil, 261 nəfərlik şəxsi heyət, yanğınsöndürmə briqadaları və başqaları cəlb edilib.
Antalyanın Kaş rayonunda dünən başlayan meşə yanğınının söndürülməsi istiqamətində də havadan və qurudan müdaxilə davam etdirilir. Vilayətin Kumluca rayonunda bu gün səhər saatlarında iki ayrı yerdə baş verən meşə yanğını isə nəzarət altına alınıb.
Antalyada son iki gündə 11 meşə yanğını baş verib, onlardan 9-u nəzarət altına alınıb.
Fethiye–Antalya avtomobil yolu yanğınlarla əlaqədar nəqliyyatın hərəkəti üçün bağlanıb.
