“Çinin Sülh Sammiti ilə bağlı mövqeyi açıqdır” – Mao Ningbackend

“Çinin Sülh Sammiti ilə bağlı mövqeyi açıqdır” - Mao Ning

“Çinin İsveçrədə keçiriləcək Sülh Sammiti ilə bağlı mövqeyi çox açıq və şəffafdır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.

Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinin planlaşdırdığı tədbirin baş tutmasına Rusiya və Çinin mane olmağa çalışdığı barədə açıqlamasına münasibət bildirən çinli nazir qeyd edib ki, Pekin heç vaxt Rusiya-Ukrayna müharibəsinin “alovunu körükləməyib”.

Mao əlavə edib ki, ölkəsi Ukrayna ilə münasibətlərə böyük əhəmiyyət verir və onun ən böyük ticarət tərəfdaşı olaraq qalır: “Biz inanırıq ki, bütün tərəflərin anlayışını və dəstəyini ala bilərik”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*