Çinli nazir müavini Rusiyaya dəstək verdiyi üçün İŞDƏN ÇIXARILDIbackend

Çinli nazir müavini Rusiyaya dəstək verdiyi üçün İŞDƏN ÇIXARILDI

Çinli nazir müavini Rusiyaya dəstək verdiyi üçün işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Rusiyayönlü mövqeyinə görə vəzifəsini tərk edib. O, Dövlət Radio Verilişləri və Televiziyaları İdarəsinin rəis müavini təyin edilib.

Çin Şurası Çin Kommunist Partiyasının 20-ci qurultayı ərəfəsində Nazirlər Kabinetində dəyişiklik elan edib. Bloomberg yazır ki, digər məsələlərlə yanaşı, onu bir neçə il idarə edən xarici işlər nazirinin müavini Le Yuyçen də vəzifəsini tərk edib.

Rusiyayönlü mövqeyi ilə tanınan vitse-nazir Yuyçen işdən çıxarıldığına görə indiki Çinin xarici işlər naziri Van Yinin vəzifəsini itirib-itirməyəcəyi sualı yaranır. Le Yuyçen son vaxtlar keçirilən rəsmi tədbirlərdə onu dəfələrlə əvəzləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*