Co Bayden 907 saylı qətnamədən yan keçdi – ABŞ Bakıya hərbi yardım göstərəcək – VİDEObackend

Co Bayden 907 saylı qətnamədən yan keçdi - ABŞ Bakıya hərbi yardım göstərəcək - VİDEO

Prezident Co Bayden 907 saylı qətnamədən yan keçib. Nəticədə ABŞ Azərbaycana hərbi yardımı davam etdirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə erməni ekspert Suren Sarkisyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Azadlığa Dəstək Aktının 907 saylı qətnaməsi ABŞ hökumətinin Azərbaycana yardım göstərməsini qadağan edir. Bu, o zaman edilə bilər ki, prezident bu qanundan yan keçsin.

“O, bu barədə Konqresə məlumat verməlidir, bundan sonra Azərbaycana hərbi yardım göstərilir. ABŞ-da bunu 2002-ci ildən bəri hər il hər prezident edir”, deyə Sarkisyan xatırlayıb.

Qeyd edək ki, Bayden namizəd olan ərəfədə prezident Trampı Azərbaycana yardımı dayandırmağa və 907 saylı qətnamədən yan keçməməyə çağırmışdı.

ABŞ-da yaşayan erməni lobbisi bu fürsətdən yararlanmaq üçün əllərindən gələni etdilər, ancaq Ermənistan hakimiyyətindən heç bir dəstək almadılar və nəticədə ağ bayraq qaldırdılar.

Azərbaycana daimi olaraq xaricdən qara yaxmağa çalışan erməni lobbisi Vaşinqtonda Türkiyə-Azərbaycan lobbisinə və iki qardaş ölkənin səfirliklərinə qarşı mübarizədə aciz qalıblar. Bu, həm də Türkiyə-Azərbaycan diplomatiyasının daha bir uğuru hesab edilə bilər.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*