Çölə atmaqla səhv etmişik: Üzüm toxumlarının FAYDASIbackend

Çölə atmaqla səhv etmişik: Üzüm toxumlarının FAYDASI

Yay aylarının sevimli meyvəsi olan üzümün toxumlarını pəhrizinizə əlavə etdiyiniz zaman faydaları sizi təəccübləndirəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, sağlamlığınız üçün üzümü toxumları ilə yemək düzgün hesab olunur.

Belə ki, üzüm toxumlarının faydaları aşağıdakılardır:

Qan şəkərini tənzimləyir

Üzüm çəyirdəyi ilə yeyildikdə tərkibindəki sağlam komponentlər qan şəkərinin tənzimlənməsinə kömək edir. Qara üzümün toxumları həm toxluq hissi verir, həm də qan şəkərinin həddindən artıq yüksəlməsinin qarşısını alaraq tarazlığı saxlayır.


Arıqlamağı asanlaşdırır

Üzüm toxumu toxluq hissi verir. Həzmi asanlaşdıran üzüm çəyirdəyi tərkibindəki sağlam yağlar sayəsində arıqlamağı asanlaşdırır və maddələr mübadiləsini sürətləndirir.

İmmuniteti gücləndirir

Tərkibindəki sağlam yağlar və antioksidantlar sayəsində üzüm çəyirdəyi orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir. İmmuniteti gücləndirən üzüm toxumu sayəsində xüsusilə qışda qrip, soyuqdəymə kimi mövsümi xəstəliklərdən qorunmaq olar.


Xərçəngdən qoruyur

Üzüm çəyirdəyi yüksək antioksidant dəyərləri sayəsində xərçəng hüceyrələrinin əmələ gəlməsinin də qarşısını alır. Xüsusilə dəri və prostat xərçənginə qarşı daha effektlidir.


Ürək çatışmazlığı riskini minimuma endirir

Üzümü çəyirdəkləri ilə birlikdə istehlak etmək faydalıdır. Toxumların tərkibindəki sağlam yağ turşuları ürək damarlarının təmizləməsini təmin edir. Eyni zamanda üzüm çəyirdəyi xolesterinin aşağı salınmasında təsirli olur. Gündə 150 ​​mq üzüm çəyirdəyi istehlakı infarkt və insult risklərini minimuma endirir.

İltihabı və infeksiyanı aradan qaldırır

Tərkibindəki antioksidant dəyərlər sayəsində üzüm çəyirdəyi bədən iltihabının qarşısını alır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*