“Corc Qafarova ev verilməsi tam qanunsuzdur” – Vəkil AÇIQLADI – VİDEObackend

“Corc Qafarova ev verilməsi tam qanunsuzdur” - Vəkil AÇIQLADI - VİDEO

Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarova dövlət tərəfindən ev verilməsi böyük səs-küy yaradıb və geniş müzakirələrə səbəb olub. İnsanlar maddi imkanının yüksək olduğu halda, gənc aktyora ev verilməsini tənqid ediblər. Roza Zərgərli Corc Qafarovu övladlığa yox, himayədarlığa götürdüyü haqda açıqlama verib. Corc Qafarov isə müğənninin onu rəsmi olaraq övladlığa götürmədiyini və ev almadığını bildirib. Bu hadisə həm də qanunla övladlığa götürmə və himayə etmə məsələlərini gündəmə gətirib. Eyni zamanda Corc Qafarova hazırkı vəziyyətdə ev verilməsinin nə qədər qanuni olub-olmadığı haqda suallar doğurub.  

KONKRET.az olaraq himayə etməklə övladlığa götürmə arasındakı fərqin nədən ibarət olduğunu öyrənmək üçün tanınmış vəkil Əsabəli Mustafayevə sual ünvanladıq. Saytımıza açıqlamasında Əsabəli Mustafayev bildiridi ki, övladlığa götürən şəxs həmin uşağın valideyni hesab edilir. Qanunvericilikdə valideyn qarşısında duran bütün hüquq və vəzifələri daşıyır. Uşağın da valideynə münasibətdə öz hüquq və vəzifələri olur: “Mən mediadan oxudum ki, həmin gənc (Corc Qafarov-red) 18 yaşı olarkən uşaq evindən buraxılıb. Amma nə qədər ki, uşaq evindədir onun himayəçisi dövlət sayılır. Onu heç kim himayə edə və ya övladlığa götürə bilməz. Çünki övladlığa götürülən şəxs dərhal uşaq evindən çıxarılmalıdır. Eyni zamanda 18 yaşından sonra ağlı başında olan bir şəxsin himayəçisi ola bilməz. Rəsmi himayəçi uşaq 18 yaşına çatana qədər (uşaq evində olarkən –  red) təyin edilə bilər. Belə çıxır ki, Corc Qafarov 18 yaşına qədər uşaq evində qalmayıb və himayəyə götürülən zaman oradan çıxarılıb. Ziddiyyətli məsələdir və burada yalan var. Çünki himayəyə götürülübsə, o zaman uşaq evində qala bilməzdi. Deməli, nazirlik (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi – red) yalan danışır. Amma ortada himayəyə və ya övladlığa götürülmə haqqında heç bir rəsmi sənəd yoxdur. Əgər övladlığa götürülbsə, o zaman Corc Qafarova ev verilməsi daha böyük bir biyabırçılıqdır. Çünki valideyni olan şəxs uşaq evində qala bilməz. Əgər rəsmi surətdə anası və ya himayəçisi varsa, deməli ona evin verilməsi tam qanunsuzdur”.

Əsabəli Mustafayev Archives - Gözətçi - İnsan Hüquqları

Vəkil əlavə edib ki, Corc Qafarov uşaq evini 18 yaşında tərk edibsə və nə himayədarı, nə də valideyni yoxdursa, bu halda müəyyən suallar ortaya çıxır: “Hər il uşaq evlərini onlarla həddi-büluğa çatan şəxs tərk edir. Onların hansına nazirlik ev verir? Əgər belə fakt varsa, o zaman sübut etsinlər. Ayrı-seçkilik etmək olmaz və hamıya eyni cür yanaşılmalıdır. Təkrar edirəm, himayəçi həmin uşağın hüquqlarının həyata keçirilməsinə kömək edən şəxsdir. Onlar arasında heç bir hüquqi və valideynlik bağları yoxdur. Amma övladlığa götürəndə isə valideyn-övlad münasibətləri qanuni şəkildə tənzimlənir. Himayəçilik və övladlığa götürmə yalnız uşaq evində olarkən həyata keçirilməlidir. Və hər iki halda həmin şəxs uşaq evindən çıxarılmalıdır. Uşaq evində qalanların himayəçisi dövlət hesab olunur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*