Çörəyi feminizm, cinsi azlıqlar və ya paçadan çıxanlar – Milli Şuranın real üzü…backend

Çörəyi feminizm, cinsi azlıqlar və ya paçadan çıxanlar - Milli Şuranın real üzü...

Jalə Mütəllimova

Ölkədə islahat gedir. Dünyanın yeni düzəni müzakirə edilir. Yer kürəsi idarə heyəti dövlətlərlə bağlı qərarlarına yenidən baxır. Hətta Marsda ev tikməyə, yaşamağa hazırlaşan beyinlər yetişib. Milli Şura paça hayındadır…

Düzünə qalsa, gözüm sevindi müşavirə kadrlarını görəndə. Düşündüm İlahi, küçələrdən otaqlara yığılıblar, indi də Covid-19, karantin eşqinə, camaata qoşulub müşavirə keçirirlər, onlayn. Lap onlayn mitinq də ola bilərdi…

Yəni düşünürdün ki, islahatçı damarları tutub, radikal yox, qətiyyətli, ağıllı adam kimi nəsə danışacaqlar. Məsələ və mövzu gəldi ona çıxdı ki, bu tuthatut, bu çıxarhaçıxarda cinsi azlıqlar gündəm oldu söhbətlərində. Özü də qeybət xarakterli söhbətlərində. Həm də o adamları lağ obyekti eləyiblər ki, bir çoxunu məhz özləri elə o adla, cinsi azlıq kimi, pul qarışığı, ölkədən çıxarıb. Böyük şey olub, pəhh, Ismayıl deyib ki, filankəs deyib ki, ərim nə bilim nə…

Qalırsan baxa-baxa. Deyirsən İlahi, bu qabiliyyətlə, bu ağılla hakimiyyət iddiasındadırlar. Danışdıqları, dedikləri, teleqiybətdənsə də, utanmırlar. Maraqlı olanı bu ki, belə söhbətlərdə “demokratik sifətləri” də görünür. “Bu cinsi azlıqları o vaxt qırıb qurtarmadılar”. Deyəsən ki, onları qırıb qurtarsaydılar, siz kimi və ya kimləri müdafiə edib, qrantlar alacaqdınız, ey çörəyi feminizm və cinsi azlıqlardan, yəni paçadan çıxanlar… Nə isə demirsən… Keçmişlərini xatırlayırsan…

Biri Rusiyaya işləyir…

O biri mühacir biznesilə məşğul idi…

Biri “Bakılıların partiyasıyıq” deyib, yaxasını cırırdı…

Biri bir qəzetin qrant layihələrilə dolanırdı…

O biri qəzetin ianələri ilə xaricdən evinə mebel vurdururdu…

Biri əvvəl ümummilli lider deyə qışqırıb, sonra “İlhamla irəli” deyirdi, indi də cinsi azlıqlara ölüm şüarı səsləndirir, vaxtı olanda da Amerika səfirliyinə-zada hesabat verir…

Biri də o boyda professordur, özünü oyuncaq elədi ortada …

İndilik toplaşıb olublar Milli Şura. Şuranız batsın, başqa deyəcək yox çünki…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*