Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 4,7 milyonu ötüb.
KONKRET.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin günlük hesabatında bildirilib.
Qeyd edilib ki, son məlumatlara görə, yeni növ virusa yoluxanların dəqiq sayı 4 702 603 nəfər olub.
1,7 milyon nəfər sağalıb, 314476 nəfər isə dünyasını dəyişib.
