COVID-19-dan sağalanların sayı 22 milyonu keçdi – SON STATİSTİKAbackend

COVID-19-dan sağalanların sayı 22 milyonu keçdi - SON STATİSTİKA

Dünyada 30 351 723 nəfər koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, virusdan 950 557 xəstə ölüb, 22 041 437 nəfər sağalıb.

Koronavirusun ən çox yayıldığı qitə Asiya (9 103 182 nəfər), ölkə ABŞ-dır (6 874 596 nəfər).

Ölkələr arasında digər yerləri 5 214 677 yoluxma ilə Hindistan, 4 457 443 yoluxma ilə Braziliya, 1 085 281 yoluxma ilə Rusiya tutur.

İlk onluğa daxil olan digər Avropa dövləti İspaniyadır (625 651 nəfər).

İran siyahıda 413 149 yoluxma ilə 13-cü, Türkiyə 298 039 yoluxma ilə 19-cudur.

Ermənistanda 46 671, Gürcüstanda 2 937 nəfərdə koronavirus qeydə alınıb.

Azərbaycanda koronavirusun aşkarlandığı 38 777 nəfərin 571-i ölüb, 36 289-u sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*