backend

COVİD-19 dünya ölkələrini bir-birinə düşmən etdi

Dünyanı ağuşuna alan COVİD-19 pandemiyasının sosial deyil, iqtisadi bəla olduğu artıq heç kimə sirr deyil. Çox təəssüf ki, bu pandemiya dünyanı yenidən bölüşdürmək üçün hazırlanmış çirkin bir layihədir.

KONKRET.az bildirir ki, BMT və digər beynəlxalq maliyyə institutları artıq neçə vaxtdır həyəcan təbili çalır ki, pandemiya bütün dövlətlərin iqtisadiyyatına böyük zərbə vuracaq.

Kasıb və  inkişaf etməkdə olan dövlətlər isə bundan daha çox ziyan görəcək. BMT-nin son məlumatına görə, koronavirus pandemiyası səbəbindən artıq dünyanın 30 ölkəsində ciddi ərzaq çatışmazlığı hiss olunur. Bu ölkələrdən 10-a qədərində artıq əhali aclıqdan ölüm həddində çatıb.

Dünya Bankının son hesabatına görə pandemiya səbəbində 60 milyon insan yoxsulluq səviyyəsinə düşəcək.Dünya üzrə istesal olunan ümumdaxili məhsul bu il ən azı 5 faiz azalacaq. Bu da İkinci Dünya müharibəsindən sonra yaşanan ən ağır iqtisadi böhrandır. Pandemiyanın fəsadlarını aradan qaldırmaq və yaxud zərələri minumuma endirmək üçün dost dövlər də artıq bir-birinə qarşı ehtiyatlı münasibət göstərir. Məsələn, Avropa Birliyi ABŞ-dan idxal olunan məhsullara vergi yükünü artırmaq fikrindədir.

ABŞ höküməti isə öz itkilərini Çinə tətbiq ediləcək sanksiyalar hesabına ödəmək istəyir. Lakin dünyada baş verənlərə soyuq başla və ədalətlə yanaşan dövlətlər də var. Məsələn İsveç kimi.

Bu ölkənin maliyyə naziri Maqdalena Andersson bildirib ki, Skandinaviya ölkələrinin iqtisadiyyatı bu il ən azı 7 faiz itkiyə məruz qalacaq. Ona görə də İsveç höküməti COVİD -19 pandemiyasının zərərlərinin aradan qaldırılmasının ən yaxşı yolunu qarşılıqlı etimad və səmərəli əməkdaşlıqda görür.

Bunun üçün zəruriyyət yaranacağı təqdirdə ölkənin valyuta ehtiyatlarından və humanitar büdcəsindən vəsait ayırmağa da hazırdır. Baxmayaraq ki, bu istiqamətdə ilkin addım atlıb.İsveçin humanitar yardım büdcəsindən kasıb ölkələrin xilası üçün 380 milyon  kron (təxminən 38 milyon avro) vəsait ayrılıb.

SURXAY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*