COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı – FOTObackend

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunmayıb, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 40, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunan yoxdur.

Vurulan vaksinlərin ümumi sayı 13 772 531, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 356 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 386, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 311 443, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 249 713 nəfər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*