Azərbaycan Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2023-cü ilin yanvar-iyun ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 1.3 milyon manatdan artıq, qeyri-tibb işçilərinə isə 161 min manata yaxın müddətli əlavə ödənilib.
Bu barədə KONKRET.az-a Dövlət Agentliyindən məlumat verilib.
Tibb və qeyri-tibb işçilərinə cari ilin yanvar-iyun ayları üzrə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:
| Aylar | Dövlət tibb müəssisələri üzrə | Cəmi | |
| Tibb işçiləri | Qeyri-tibb işçiləri | ||
| Yanvar | 234 565,26 AZN (646 nəfər) | 30 381,09 AZN
(195 nəfər) |
264 946,35 AZN
(841 nəfər) |
| Fevral | 268 347,05 AZN (710 nəfər) | 32 027,35 AZN
(249 nəfər) |
300 374,40 AZN (959 nəfər) |
| Mart | 211 972,27 AZN (418 nəfər) | 25 581,05 AZN
(113 nəfər) |
237 553,32 AZN
(531 nəfər) |
| Aprel | 268 203,58 AZN (1 142 nəfər) | 35 716,32 AZN
(383 nəfər) |
303 919,90 AZN
(1 525 nəfər) |
| May | 174 255,17 AZN (226 nəfər) | 18 904,46 AZN
(52 nəfər) |
193 159,63 AZN
(278 nəfər) |
| İyun | 173 289,12 AZN (190 nəfər) | 18 114,36 AZN
(42 nəfər) |
191 403,48 AZN
(232 nəfər) |
| CƏMİ: | 1 330 632,45 AZN
(3 332 nəfər) |
160 724,63 AZN
(1034 nəfər) |
1 491 357,08 AZN
(4 366 nəfər) |
