COVID-19-u qripdən fərqləndirən spesifik SİMPTOMLARbackend

COVID-19-u qripdən fərqləndirən spesifik SİMPTOMLAR

Təngnəfəslik, qoxubilmə və dadbilmə qabiliyyətinin itirilməsi koronavirusu qripdən ayıran spesifik simptomlardandır.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko bildirib.

Bundan başqa, COVID-19-a yoluxanlarda ilk növbədə ağciyər problemləri, məsələn, intoksikasiya və öskürək yaranır:

“İnsan təngnəfəslik hiss edir, çünki saturasiyanı itirir, qanı oksigenlə doymur”.Onişenkonun sözlərinə görə, qripdə də koronavirusda olduğu kimi, qoxubilmə qabiliyyəti kütləşə bilər. Bununla belə, ancaq koronavirusa yoluxanlar qoxunu tamamilə hiss etmirlər.

O, həmçinin xəstəliyi yetkin insanların uşaqlara nisbətən ağır keçirdiyini vurğulayıb:

“Qripdə isə bunun əksidir: uşaqlar elə böyüklər kimi keçirirlər”.

Mütəxəssis əlavə edib ki, qripdə və kəskin respirator xəstəliklərdə proses daha intensiv inkişaf edir, inkubasiya dövrü yeddi günə yaxın çəkir.

Koronavirusa yoluxma halında bu müddət iki dəfə artıqdır: infeksiya üçün kritik dövrlər 12, 13 və 14-cü günlər hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*