“Crocus” terrorçusunun anası DANIŞDIbackend

“Crocus” terrorçusunun anası DANIŞDI

“Crocus City Hall”a silahlı basqınla bağlı həbs olunan sayca 10-cu terrorçu Yakubjon Yusufzodanın anası Hənifə Narzullayeva mətbuata açıqlama verib.

O,  oğlunun da iştirakçı olduğu terror aktını “dəhşətli” adlandırıb .

KONKRET.az-ın məlumatına görə, Hənifə Narzullayeva bir ana kimi yaxınlarını itirən hər kəsə başsağlığı verib.

Bundan əvvəl müstəntiqlər bildiriblər ki, terror aktından bir neçə gün əvvəl Yakubjon Yusufzoda mənzil haqqını ödəmək üçün bank kartı vasitəsilə digər terrorçulara pul köçürüb. Cinayətdən sonra isə pulun qalan hissəsini terrorçulardan birinin kartına ötürülüb.

Saxlanılan zamanı Yakubjon Yusufzoda polisə müqavimət göstərdiyindən əvvəlcə inzibati həbsə məruz qalıb. Həmin müddət ərzində onun terror aktında əli olduğu məlum olub.

Xatirə SADİQ

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*