Cüdoçumuz dünya çempionatında bürünc medal qazandıbackend

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

KONKRET.az xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Mateya Boroyeviçlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Əhmədov bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə ediblər.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*